Təhsil Nazirliyində yeni kadr təyinatı olub.

Unikal.org report-a istinadən xəbər verir ki, təhsil naziri Ceyhun Bayramovun imzaladığı müvafiq əmrlə Eşqi Bağırov nazirliyin İnsan resursları şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, E.Bağırov indiyə qədər həmin vəzifəni müvəqqəti icra edirdi.