UNEC-də təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu müddəti uzadılıb.

Unikal.org xəbər verir ki, UNEC-də 20 ixtisas üzrə aparılan təkrar ali təhsil iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoliji ixtisasları da əhatə edir. Təkrar ali təhsilə qəbul yalnız elektron qaydada həyata keçirilir. İxtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada http://www.kabinet. unec.edu.az e-mail ünvanına təqdim etdikdən sonra, müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil alan şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra UNEC-də təkrar ali təhsil ala bilərlər.

Sənəd qəbulu üçün son tarix oktyabrın 20-dəkdir.

Ətraflı məlumat: (012) 492 65 64