"Barselonanın futbolçusu Kleman Lanqle La Liqanın 5-ci turunda "Jirona ilə matçda qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb.

Unikal.org xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.Lanqle "Barselonanın "Leqaneslə səfər matçında iştirak etməyəcək. Oyun bu gün, saat 22:00-da başlayacaq.

"Barselona - "Jirona matçı 2:2 hesabıyla bitmişdi. Lanqle "Jironanın futbolçusuna dirsəklə zərbə endirdiyinə görə, 35-ci dəqiqədə qırmızı vərəqə almışdı.