Dünya tarixində hökmdarlar, xanlar, şahlar və sultanlar hərəmxanaları ilə də məşhur olublar. Bu barədə bir çox yazılar, mənbələr günümüzə qədər gəlib çatıb.
Unikal.org "ölkə.az"-a istinadən bildirir ki, çox az adam bilir ki, hərəmxana sistemi ilk dəfə Çində qurulub. Bu və digər maraqlı faktları tarixçi-alim Əkbər Nəcəf bizimlə bölüşüb.
Hərəm sisteminin memarı Qədim Çində hökm sürmüş Çu xanədanlığı olub. Tam 800 il Çini idarə edən (e.ə. 1054-250) bu xanədanlıq dövründə "hərəm qanunvericiliyi"nin əsasları hazırlanıb.
Buna görə, bir hökmdarın çoxlu qadınlarının və cariyələrinin olması o hökmdarın gücü və ehtişamı təmsil edirdi. Əsasında bir hökmdar 9 arvad ala bilərdi. Digərləri, sadəcə cariyə funksiyasını icra edirdilər.
Maraqlıdır ki, Çular çinli olmayıblar və Orta Asya üzərindən indiki Monqolustana gəlib Çini ələ keçirmiş bir türk kökənli xanədanlıq idi. Onlar haqqında ilk və sanballı araşdırmalara və kimlikləri haqqındakı fikirlərə yəhudi əsilli böyük alman sinoloq V.Eberhard imza atıb. Eberhar Hitlerdən qaçıb Türkiyəyə gəlmiş və Türkiyədə sinologiyanın əsasını qoymuş bir alimdir. Bu alimin gələn il anadan olmasının 110 illiyi tamam olacaqdır. Eberhar, eyni zamanda böyük türk alim Bahaeddin Ögəlin də müəllimi olub.
Çində Jin xanədanlığı dövründə (265-420) hökmdarların evlənməsi qadağan edilib. Qadağanı qoyan isə dövlətin ilk imperatoru Vu Di (265-290) olub. Ancaq onun zamanında Çin hərəminə astronomik sayda cariyə cəlb olunmuşdur. Sadəcə hökmdarın cariyələrinin sayı 5.000 idi. Özündən sonra taxta çıxan Hui Vu zamanında isə cariyə sayısı 10 minə çıxmışdır.
Tarixdə ilk çoxarvadlı hökmdar Çinin mifik hökmdarı Di Shun olub. Bu adam eyni ailənin iki qızı ilə evlənmişdir. İki bacılar özləri də hökmdar ailəsindən olub hökmdar Di Yaonun qızlarıdır. Bu hadisə eyni zamanda tarixdə bir kişinin birdən artıq arvad almasını göstərən ilk tarixi faktdır. Bu hadisə e.ə. III min illikdə cərəyan edib...
İmeratorun səfahətilərinin isə xüsusi dəftərləri tutulurdu. Hətta buraya gecəni keçirdiyi qadınları adları və xüsusiyyətləri də yazılırdı. Hökmdarla gecəni keçirən qadınlar isə ciddi nəzarət altında tutulurdular.
Hökmdar ilə qadınlarının arasındakı məşhur səhnələrin də nizamı vardı. Kişi-qadın münasibətinin demək olar ki, çoxu səfahat nizamına ayrılmışdı...