23 Oktyabr 2018
UFC döyüşçüsü Nurməhəmmədovu TƏHQİR ETDİ
İDMAN 22:00 / 07.10.2018
Qarışıq idman növləri üzrə amerikalı döyüşçü Kolbi Kovinqton yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu irland Konor Makqreqorla döyüşdən sonra saldığı davaya görə tənqid edib.

Unikal.org  xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

"Həbib Nurməhəmmədov murdar heyvandır. O bu hərəkətləri ilə bizim idman növünü 20 il dala atır", — deyə amerikalı döyüşçü qeyd edib.

Bazar günü iki idmançı arasında Las-Veqas şəhərində (ABŞ) keçirilən döyüş rusiyalı samboçunun qələbəsi ilə yekunlaşıb. Nurməhəmmədov yüngül çəkidə qazandığı bu 27-ci qələbə sayəsində UFC çempionu titulunu özündə saxlayıb.

Döyüşdən sonra Nurməhəmmədov rinqdən kənara atılaraq Makqreqorun tərəf müqabili ilə əlbəyaxa olub.