Yunanıstanda 100 kilqoramdan artıq insanların uzunqulağa minməsi qadağan edilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstanda ortaya çıxan görüntülərdən sonra, heyvan hüquqları müdafiəçilərinin reaksiyalarından sonra, 100 kiloqramdan artıq olan turistlərin eşşəyə minməsi qadağan edilib.

Belə ki, Yunanıstanda ən çətin yerlərə kök turistlər piyada deyil, eşşək və atla gedirlər. Xüsusən Yunanıstanda turistik ərazilər adalardan ibarətdir. Turistlər bu adalarda hərəkət etmək üçün at və eşşəklərdən istifadə edirlər. Bir ağır çəkili turistin eşəyə minərək onu hərəkətinə çətinlik törətməsi heyvan hüquqları müdafiəçilərinin qəzəbinə tuş gəlib.

Hüquq müdafiəçiləri bununla bağlı Yunanıstanın müvafiq dövlət orqanlarına müraciət ediblər. Yunanıstan İnkişaf və Qida Nazirliyi heyvanların sağlamlığını qorumaq məqsədi ilə eşşəklərlə bağlı yeni qərar verib. Nazirliyin açıqlamasına görə, adalarda çətin yollara qaxmaq üçün 100 kilodan ağır insanlar eşşəklərə minməsi qadağandır. Nazirliyin bu qərarı heyvan hüquqları dərnəkləri tərəfindən sevinclə qarşılanıb.