22 Oktyabr 2018
21 Oktyabr 2018
Federasiya prezidenti açıqladı: O, bir daha milliyə çağırılmayacaq
İDMAN 13:23 / 11.10.2018
Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrit, Kərim Benzemanın milli komandaya çağırılıb-çağırılmayacağı haqda açıqlama verib.

Unikal.org xəbər verir ki, Qrit Fransa mətbuatına açıqlamasında Benzemanın bir daha milli komandaya dəvət almayacağını deyib:

"Benzemanın Fransa millisinə seçilmə şansı qalmayıb. Həm də uzun müddətdir ki, yaxşı oyun sərgiləmir. Matyu Valbuena ilə arasındakı söz-söhbətlər hələ bitməyib. Qərar çoxdan verilməli idi”.

Benzema Fransa yığmasında 81 oyun keçirib, 27 qol vurub.

O, Fransa millisinin sabiq üzvü Matyu Valbuenayla yaşadığı münaqişə səbəbindən 2015-ci ildən yığmaya dəvət edilmir.