24 Oktyabr 2018
23 Oktyabr 2018
Azərbaycanlı gimnast olimpiya çempionu oldu
İDMAN 13:45 / 11.10.2018
Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında növbəti qızıl medal aktivimizə yazılıb. 

Unikal.org xəbər verir ki, gimnast Yelizaveta Luzan birinci yeri tutub. O, qarışıq qrup üzrə komanda yarışının qalibi olub. Oyunlarının yeni formatına əsasən, gimnastika növləri üzrə təmsilçilər yalnız fərdi hesabda mübarizə aparmır. Bu dəfə onlar ulduz gimnastların adlarını daşıyan 12 komandaya bölünürlər. Dördqat olimpiya çempionu Simona Baylzın komandasında Y.Luzanla bərabər idman gimnastikası, bədii gimnastika, batut və akrobatika növləri üzrə Bolqarıstan, Avstraliya, Çin, Sinqapur, Vyetnam, İspaniya, İtaliya, Rusiya, Ukrayna, Cənubi Afrika və Macarıstandan olan idmançılar yer alıb.

Onlar fərdi çıxışlarına görə əldə etdikləri xal hesabı ilə komandalarının hesabına qızıl medal yazdırıblar. 

Qeyd edək ki, bunadək cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıb.