Daxili İşlər Nazirliyinin (DİN) "102 - Zəng Mərkəzinə Sumqayıt şəhəri ərazisində quldurluq hadisəsi baş verməsi barədə müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, saat 16 radələrində Sahil küçəsində Bakı şəhər sakini Zaur Nəcəfovun idarə etdiyi "Saipa markalı avtomobilə minən 2 sərnişin Corat qəsəbəsinə gedəcəklərini deyib, qəsəbə ərazisində isə sürücünü hədələyərək avtomobilin saxlanc yerindəki 10 manatı da götürüb gediblər.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər. Görülmüş tədbirlərlə şəhər sakini, əvvəllər də məhkum olunmuş Azər Abuzərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Quldurluqda şübhəli bilinən digər şəxsin tutulması üçün Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.