21 Oktyabr 2018
20 Oktyabr 2018
Özünü "Yuventus"un üzvü kimi təqdim edib mətbuatı aldatdı - FOTO
İDMAN 15:22 / 11.10.2018
Meksikalı bir gənc özünü "Yuventus” klubunun futbolçusu kimi göstərərək, Argentina və Meksika mətbuatını aldadıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qəzetlərdə xəbərləri çıxan, imza günləri təşkil edib reportajlar verən 19 yaşlı Dionisio Farid Rodriqez özünü "Yuventus”un futbolçusu kimi qələmə verib. "Qoca sinyora”nın formasıyla fərqli məkanlarda şəkillər çəkdirən Rodriqez, bununla da kifayətlənməyib, "Yuventus”un portuqaliyalı futbolçusu Joao Serraonun şəkillərini dəyişdirərək, öz şəkli kimi təqdim edib.

Bundan başqa, saxtakar "futbolçu" montaj olunmuş video da hazırlayıb, sosial şəbəkələrdə paylaşıb.

"Yuventus” apardığı araşdırmadan sonra meksikalı gəncin saxta karyerasının fərqinə varıb və onu transfer etmək istəyən "Pumas” klubuna öz xəbərdarlığını edib. İfşa olunan Rodriqez 16 min izləyicisi olan "instagram” hesabını bağlayıb və yoxa çıxıb.