4 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Unikal.org-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2; 310 və 66.3-cü maddələrinə əsasən 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Akimova Aygün Bəxtiyar qızının yanına qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər sakini Akimova Dilarə Yusif qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman "Nabeghlavi adlı plastik su qabında kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.