"Zenitin və "Krasnodarın futbolçuları - Aleksandr Kokorinlə Pavel Mamayevin bir neçə şəxsi döyməsi xəbərini vermişdik.

Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, Rusiyada küçədə sərxoş vəziyyətdə xuliqanlıq edib iki məmuru və məşhur teleaparıcının sürücüsünü döyən futbolçular həbs edilib. Bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Xəbərdə məhkəmədə hakim qarşısına çıxan hər iki futbolçunun 8 dekabra qədər həbs olunduğu bildirilib.

"Zenitin üzvü Aleksandr Kokorin və "Krasnodar klubunun futbolçusu Pavel Mamayev oktyabrın 7-də səhər saatlarında Moskvanın mərkəzində azı üç nəfəri döyüblər. Onların hərəkətlərini videomüşahidə kameraları qeydə alıb. Əvvəlcə onlar dostları ilə birlikdə "Birinci kanalın aparıcısı Olqa Uşakovanın sürücüsünə hücum ediblər. Bir az sonra isə Böyük Nikitsk küçəsindəki qəhvəxanada iki məmuru döyüblər. İnsident zamanı Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis Pak və dövlət elmi mərkəzi NAMİ-nin rəhbəri Sergey Qasin xəsarət alıblar.