Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turuna start veriləcək.

Unikal.org xəbər verir ki, Azərbaycan yığması da sözügedən turnirdə növbəti matçına çıxacaq.

Qurban Qurbanovun çalışdırdığı millimiz doğma meydanda Malta ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan yığması ilk turda Bakıda Kosovo (0:0), səfərdə Malta ilə (1:1) bərabərə qalıb, bir neçə gün öncə isə səfərdə Farer adalarına böyük hesabla qalib gəlib - 3:0. Malta isə ilk turda Farer adalarına 3:1 hesabıyla qalib gəldiyi halda, oktyabrın 11-də Kosovoya oxşar hesabla uduzub.

Bu gün millimizin yer aldığı qrupun digər matçında lider Kosovo səfərdə Farer adaları ilə qarşılaşacaq.

UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup

14 oktyabr

20:00. Azərbaycan - Malta
Baş hakim: İvan Bebek.
Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrqiç.
Dördüncü hakim: Qoran Pataki.
Əlavə köməkçi hakimlər: Mario Zebek, Qoran Qabrillo (hamısı Xorvatiya).
Bakı Olimpiya Stadionu.

20:00. Farer adaları - Kosovo