"Barselona klubu futbolçusu Lionel Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır.

Unikal.org xəbər verir ki, yeni müqavilənin müddəti 2022 və ya 2023-cü ilə kimi nəzərdə tutulub. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Messi ötən il noyabrın 25-də "Barselona ilə 2020/2021 mövsümünün sonuna qədər müqavilə bağlayıb.

"Barselonanın yetirməsi olan Messi, əsas komandada 2004-cü ildə debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 9 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Argentinalı futbolçu 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə superkubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA superkubokunun qalibi adını qazanıb.