Türkiyənin İzmir şəhərində dəhşətli yol qəzası baş verib.

Unikal.org "Habertürkə istinadən xəbər verir ki, İzmirdə Menderes yol qovşağıdan yük maşını körpüdən suvarma kanalına aşıb. Hadisə nəticəsində 19 nəfərin yerindəcə ölüb. Yaralanan 26 nəfər isə xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır. Bu səbəbdən ölənlərin sayının artacağı ehtimal edilir.

Məlumata görə, yük maşınında olan insanlar qanunsuz miqrantlar imiş. Ölənlərin arasında uşaqlar da var.