Türkiyənin məşhur aktyoru və  müğənnisi Neco kimi tanınan Tahir Nejat Özyılmazel ikinci həyat yoldaşı ilə də boşanır. Neco öz bu barədə açıqlama verib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq məhkəməyə müraciət etdiyini deyən müğənni "Mübahisəli bir proses olacağı üçün nə vaxt bitəcəyi məlum deyil" söyləyib.

Neco 2008-ci ildə nikah masasına oturduğu özündən 25 yaş kiçik olan arvadı İdil Ergeni məhkəməyə sentyabrın 8-də verib. İfaçı bir-birilərindən çox istəkləri olduğunu söyləyib.

Qeyd edək ki, müğənni 33 illik arvadı Oya Germandan ayrıldıqdan bir il sonra Erge ilə evlənmişdi.