Selfie çəkdirmək növbəti bədbəxt hadisəyə səbəb olub. Hadisə Panamada baş verib. 27 yaşlı bir turist selfie çəkmək istəyərkən 27-ci mərtəbədən düşərək həyatını itirib.

Unikal.org KİV-ə istinadən xəbər verir ki, Sandra Manuela Da Kosta Makedo adlı turist selfie çəkərkən qəribə hərəkətləri ilə qarşı binadakı turistin diqqətini çəkib. Onun bu hərəkətlərini qonşu binadakı turist anbaan telefonuna çəkib. Bu zaman onun yıxıldığı anın da görüntüləri lentə alınıb.

Ölən turist qadının 2 uşaq sahibi olan müəllimə olduğu üzə çıxıb. Sandra Manuela 27 yaşı olduğu üçün 27-ci mərtəbədə selfie etmək istəyib.