İngiltərədə iki rəfiqə arasında baş verən dava birinin 4 illik həbsinə səbəb olub.  

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki rəfiqə Nyuportdakı türk restoranında bir anda bir-biriləri ilə mübahisə etməyə başlayıb. Qısa müddət sonra əlbəyaxa dava edən rəfiqələrdən birinin qışqırıq səsləri eşidilib.  Məlum olub ki, Burgess adlı qadın rəfiqəsi Edvardın qulağını dişləyərək qopardıb.  Təhlükəsizlik kameralarına əks olunan görüntüdə qadının ağzında rəfiqəsinin qulağının bir parçasının olduğu görünür. 

Hər iki rəfiqənin ifadəsi alınıb. İki uşaq anası olan Edvard həyatı boyu belə bir qorxu yaşamadığını deyib. 

İfadəsi alındıqdan sonra məhkəmə qarşısına çıxarılan Burgess isə bunu bilərək etdiyini etiraf edib və 4 il həbsə məhkum olunub.