Argentinalı sabiq futbolçu Dieqo Maradona "Barselonanın hücumçusu Lionel Messi haqqında maraqlı açıqlama verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Maradona Messinin lider oyunçu olmadığını deyib:

"Messi möhtəşəm futbolçudur, ancaq özü bunu başa düşmür. Kriştiano Ronaldo ilə birgə dünyanın ən yaxşı futbolçusudur. Lakin "Barselonadaki Messi ilə Argentina millisindəki Messi tamam başqadır.

Messi lider futbolçu deyil. Oyundan əvvəl 20 dəfə tualetə gedir və insanlar bunu edən futbolçudan liderlik gözləyə bilməz. Messi üzərində olan liderlik təzyiqlərini dərhal atmalıdır. Bu ona pis təsir edir. İnsanlar Messiyə Allah kimi davranmaqdan əl çəkməlidir. Buraxsınlar, Messi olaraq qalsın.