Gədəbəy şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Uniakl.org "Report"a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü yerli sakin Bafta Paşayeva yolu keçən zaman onu "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.