Türkiyənin Şanlıurfa vilayətində küçədə 12 yaşlı əlil qıza təcavüz edən seksual manyak həbs edilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Eyyubiye qəsəbəsinin Camikabir məhəlləsində fiziki qüsurlu qıza hücum edərək onu küçədə zorlayan 47 yaşlı kişi tutularaq istintaq orqanına təhvil verilib. Daha sonra məhkəmə qarşısına çıxarılan manyak həbs edilərək cəzaçəkmə müəssisinə göndərilib.

Məlumata görə, hadisə ərazidəki şirkətlərdən birinin təhlükəsizlik kamerasına düşüb.

Saxlanılan təcəvüzkar məhəllər saakinləri tərəfindən linç edilməkdən son anda xilas edilib.