Azərbaycan Uşu və Muaytay-Tayboks Federasiyalarının prezidenti, Əməkdar məşqçi, Əməkdar İdman Xadimi Azər Həsənsoy Unikal.org-a müsahibə verib

- Rəhbəri olduğunuz federasiyaları qarşıda hansı yarışlar gözləyir?

- Uşu üzrə Dünya Çempionatı gələn il oktyabr - noyabr aylarında Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilməsi gözlənilir. Amma ondan əvvəl aprel ayında Moskvada Avropa Çempionatı keçiriləcək.

- Azərbaycanda növbəti idman festival və beynəlxalq yarış keçirməyi düşünürsünüz?

- Gələn il Azərbaycanda həm uşu və ya Muay-tay üzrə Avrasiya çempionatı, həm də 2-ci Döyüş Növləri Festivalı keçirməyi planlaşdırmışıq.

- Gələn il dünya çempionatı üçün hazırlıqlar başlanılıb?

- Gələn il həm də muaytay üzrə Avropa və Dünya Çempionatlarında iştirak edəcəyik. Yarışlarda iştirak edəcəklər isə adətən Respublika çempionatında müəyyənləşir. Mən uşu üzrə Avropa çempionatına əsasən yeni idmançıları aparmağı düşünürəm . Dünya çempionatına isə ən təcrübəlilər gedəcək.

- Hansı idmançılar bu yarışa haqq qazana bilər?

- Bu ayın 24-30 nda ÇXR da uşu üzrə Dünya Kuboku keçiriləcək. Həmin yarışa ötən il Dünya çempionatında ilk 3 yeri tutanlar dəvət olunub. Bizdən də Dünya çempionatında 2-ci yeri tutmuş Orxan Hətəmov və 3-cü yer tutan Ruslan Pirəliyev iştirak edəcəklər. Onlarla böyük məşqçi Baharəddin Səlimov gedəcək.

31 oktyabr - 4 noyabr tarixlərində İtalyada keçiriləcək Döyüş növləri üzrə Dünya çempuonatlarında da nir heyətimiz iştiral edəcək.14 - 19 noysbr tarixxlərində Sntalya şəhərindəki Avropa Kuboku yarışında daha böyük komanda ilə iştirak edəcəyik (təxminən 30 nəfərlə). Önəmli olan odur ki, bu yarışda 10- 14 yaşlı idmançılarımız çoxluq təşkil edir.

Nəhayət ilin son yarışı dekabr ayında keçiriləcək. Vinçun üzrə Dünya təsis çempionatında da təmsil olunmağı planlaşdırmışıq.

Aygün İlqarqızı