Oktyabrın 12-14-də Göyçay Olimpiya İdman Mərkəzində uşu üzrə Respublika birinciliyi keçirilib.

Unikal.org xəbər verir ki, birincilikdə 4 yaş qrupunda 15 komandadan 150-ə qədər idmançı iştirak edib. 12 - 14 yaşlı idmançılar "vin-çun", 6- 11 yaşlı idmançılar isə "çinda" üzrə döyüşlərdə iştirak ediblər. Ölkəmizdə ilk dəfə keçirilən "vin-çun" döyüşləri həm idmançıların daha çox olması, həm də maraq doğurması ilə yadda qalıb. Yarışda xüsusilə fərqlənən komandalar Arktika, Göycay, Gəncə, Kəlbəcər, Avatar komandalardır. Qaliblər və fərqlənən idmançılar birinciliyin diplom, medalları və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, gələn il aprel ayında Moskva şəhərində keçiriləcək Avropa çempionatında məhz çinda və vin-çun üzrə yarışlar olacaq.