15 Noyabr 2018
14 Noyabr 2018
“Naz Lifan”ın saytı tanışlıq çatına çevrildi - FOTO
CƏMİYYƏT 12:23 / 15.10.2018
Naxçıvan Avtomobil Zavodunun rəsmi saytı olan "naz.az" saytına daxil olmaq mümkün deyil.

Unikal.org Qaynarinfo-ya istinadən xəbər verir ki, sayta daxil olduqda avtomatik yönləndirmə ilə "qiz.az" çat saytı açılır.

Sözügedən saytın, yəni "naz.az"ın zavoda aid olduğuna dair şübhələrimiz olsa da, "Wikipedia" məlumatında zavodun rəsmi saytı yerində məhz bu ad qeyd olunub.
Görünən odur ki, rəhbərlik sosial şəbəkələrdə də heç bir hesabı olmayan zavoddan çoxdan əlini üzüb.

Qeyd edək ki, 2017-ci ildə heç bir avtomobil istehsal etməyən Naxçıvan Avtomobil Zavodunun fəaliyyətini dayandıracağı iddia edilir.