"Krılya Sovetovun müdafiəçisi Georgi Tiqiyev avtomobili sərxoş vəziyyətdə idarə edərkən saxlanılıb.

Unikal.org xəbər verir ki, hadisə bazar günü baş verib. Məlumata görə, Tiqiyev saxlanılarkən, özünü olduqca aqressiv aparıb. O, yol polisinin əməkdaşlarını hədələyib.

Tibbi müayinədən sonra onun qanında "amfetamin aşkarlanıb. Futbolçunun hətta narkotik maddə qəbul etdiyi də ehtimal olunur.

Məsələylə bağlı araşdırma aparılır. 10 gün ərzində bioloji analizlərin nəticələri bəlli olacaq. "Krılya Sovetovun direktorlar şurasının sədri Dmitri Şlayxtin bildirib ki, araşdırmalar başa çatdıqdan sonra futbolçuya hansı sanksiyaların tətbiq olunacağı barədə qərar qəbul edəcəklər.

Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev də "Krılya Sovetovda çıxış edir.