15 Noyabr 2018
14 Noyabr 2018
Avtomobillə piyadanı vuran sürücü qaçdı - Ağcabədidə
HADİSƏ 15:34 / 15.10.2018
 Ağcabədi rayonunda avtomobil piyadanı vuraraq öldürüb. 

Unikal.org  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 14-də saat 19 radələrində rayon ərazisində qeydə alınıb. 

Belə ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Aşağı Avşar kənd sakini Əlvan Rüstəmov vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.