"Hilal" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov xeyirxah addım atıb.

Unikal.org xəbər verir ki,  Arzuman Abdulkərimov fiziki məhduddiyyətli şəxsə əlil arabası hədiyyə edib.Yeriyə bilməyən Firuz Xasməmmədov sosial şəbəkədə olan şəxsi hesabında bu sözləri qeyd edib:

" Öz sevincimi sizinlə birgə bölüşmək istədim. Onu bildirim k, onurğamda problem olduğu ücün yeriyə bilmirəm və əlil arabası ilə hərəkət edirəm.Lakin istifadə etdiyim əlil arabası rahat istifadə edə bilmədiyimdən çox çətinlik çəkirəm. Keçən ay el oğlum Arzuman Abdukərimova müraciət edərək mənə motorlu elektrikli əlil arabası almasını xaiş etmişdim.Arzuman müəllim mənim müraciətdə tez reaksiya verdi və onun tapşırığına əsasən "Hilal"ictimai birliyinin icrası direktoru Yusif Əliyev yanıma gəldi. Yusif müəllimə ətraflı izah etdikdən sonra yaxın günlərdə dediyim əlil arabası alıb göndərəcəklərinə söz verdilər. Üstündən 10 gün keçmədən mənə şad xəbər verdilər ki istədiyim əlil arabasını alıblar. İnanın ki sevincimin həddi hüdudu yoxdur.Axır ki mən də insanlara az əziyyət verərək özüm-özümü idarə edəcəm. Həmin arabanı şənbə günü Arzuman müəllim özü başda olmaqla dostları ilə birgə evimizə gətirib mənə verdilər. Allah hər zaman köməyə ehtiyacı olan insanları darda qoymasın! Allah Cənab Prezidentimizi, dövlətimiz və xalqımızı qorusun!"