18 Noyabr 2018
19 Noyabr 2018
Yeni məktəb binası tikiləcək - 2 MİLYON MANAT AYRILDI
CƏMİYYƏT 18:19 / 15.10.2018
Prezident İlham Əliyev Lənkəran rayonunun Şıxakəran kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla Lənkəran rayonunun Şıxakəran kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.