18 Noyabr 2018
17 Noyabr 2018
Müəllimlər kütləvi tətilə başladılar - FOTO
DÜNYA 20:38 / 15.10.2018

İranda ibtidai və orta məktəb müəllimləri kütləvi tətilə başlayıblar.

Unikal.org xəbər verir ki, müəllimlər ölkədə baş alıb gedən bahalığa, inflyasiyaya, maaşlarının azlığına və həmkarlarına qarşı təzyiqlərə son qoyulması tələbi ilə dərs deməkdən imtina ediblər. İran Müəllimlərinin Peşə Təşkilatları Koordinasiya Şurasının bir həftə əvvəl etdiyi çağırışına əsasən keçirilən tətillərə paytaxt Tehrandan başqa ölkənin 50-dən çox şəhərində müəllimlər qoşulub.

Müəllimlər üzərində "Müəllimin yeri zindan deyil", "Ana dilində təhsil haqqı tanınmalıdır", "Təhsildə ədalət müəllimlərin haqqıdır", "Hamıya pulsuz və keyfiyyətli təhsil" və digər şüarlar yazılmış yazılı vərəqələr qaldıraraq, əqidəsinə görə həbs edilmiş həmkarlarının azadlığa buraxılmasını tələb ediblər.(axar.az)