Quba rayonunda yol qəzası baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və KİA markalı avtomobillər toqquşub.Nəticədə rayonun Rustov kənd sakinləri -KİA-nın sürücüsü Mais Səxavət oğlu Məmmədovun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Bahar Famil qızı Məmmədova və qızı, 2011-ci il təvəllüdlü Nüşabə Mais qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.