ABŞ Prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı növbəti dəfə açıqlama verib.

Unikal.org xəbər verir ki, bu barədə Tramp Tvitter hesabında yazıb.

"Vətəndaşının başına nə gəlməsi barədə məlumatsız olduğunu söyləyən Səudiyyə kralı ilə yenicə danışdım. Kral mənə Türkiyə ilə yaxından əməkdaşlıq etdiklərini söylədi. Dövlət katibini kralla görüşməsi üçün dərhal göndərirəm", - Tramp yazıb.