18 Noyabr 2018
19 Noyabr 2018
Gömrükçülər 8 ədəd mobil telefon müsadirə etdi - FOTOLAR
HADİSƏ 11:02 / 16.10.2018
Azərbaycan gömrükçüləri mobil telefonların gömrük nəzarətindən gizlin şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Unikal.org bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, "Xanoba" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21043" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı, Rusiya istiqamətindən daxil olan həmin nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsindəki örtüyün altında gömrük nəzarətindən gizlədilmiş 8 ədəd "NANO BQ-1411" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.