Azərbaycan Milli Məclisinin payız sessiyasının növbəti plenar iclası başlayıb.

Unikal.org xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 17 məsələ daxildir.

Bunlar "Banklar haqqında", "İpoteka haqqında", "Lotereyalar haqqında", "İnzibati icraat haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Pasportlar haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlarına, o cümlədən Cinayət, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələridir.

İclasda yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinə də baxılacaq.