18 Noyabr 2018
19 Noyabr 2018
"Bu onların üzərindən məsuliyyəti kənarlaşdırmır" - Meriyadan AÇIQLAMA
CƏMİYYƏT 13:37 / 16.10.2018

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Badamdardakı sürüşmə ərazisindəki tikililərlə bağlı açiqlama verib.

Meriyadan Unikal.org-a verilən məlumata görə Badamdar qəsəbəsi, Badamdar şossesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir. Tikildikdən sonra bu tikililər vətəndaşlar tərəfindən rəsmiləşdirilib.

"Lakin yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşafı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır.

Məlumat üçün bildiririk ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi var. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki 2 obyektin fəaliyyəti dayandırılıb”.