18 Noyabr 2018
19 Noyabr 2018
Dövlət başçısı onları mükafatlandırdı - SİYAHI
CƏMİYYƏT 19:00 / 16.10.2018
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi” medalı ilə təltif ediliblər:

Hüseynov Tofiq Həsən oğlu
Muradov Allahyar Niyaz oğlu.

Ölkə başçısının digər sərəncamı ilə Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə bir qrup şəxs "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib:

Əliyev Tərbiz Nəsib oğlu
İmanov Nazim Müzəffər oğlu
Musayev Akif Fərhad oğlu
Sultanova Rəna Polad qızı
Yüzbaşıyeva Gülşən Zahid qızı.