21 Noyabr 2018
Prezident hökumətin istefasını qəbul edib
DÜNYA 22:28 / 16.10.2018
Ermənistan prezidenti Armen Sarkisyan yerli hökumətin istefasını qəbul edib.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
"Ermənistan hökumətinin istefası qəbul olundu", - deyə prezidentin saytına yerləşdirilən fərmanda qeyd olunub.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin buraxılmasından ötrü rəsmi səbəb yaratmaq üçün öz postunu tərk edib. Bununla belə o, Nazirlər Kabinetinin rəhbəri vəzifəsini davam etdirəcək.