"Barselona Samuel Umtiti və Tomas Vermalenin zədəli olması səbəbindən heyətinə yeni futbolçu cəlb edə bilər.

Unikal.org xəbər verir ki, Kataloniya təmsilçisi "Çelsinin sabiq futbolçusu Branislav İvanoviçlə yaxından maraqlanır. Bu barədə İspaniyanın "Mundo Deportivo nəşri məlumat yayıb.

Xəbərdə "Barsanın hazırda karyerasını Rusiyanın "Zenit klubunda davam etdirən İvanoviçi icarəyə götürmək istədiyi qeyd edilib.

34 yaşlı futbolçu 2017-ci ildə "Çelsidən "Zenitə transfer edilmişdi.

İvanoviç bu mövsüm "Zenit forması ilə 10 qarşılaşmada iştirak edib.