Qazaxıstanın Aktobe şəhərinin əsas şəhər məscidinin qarşısında sədəqə salmaq üçün terminal quraşdırılıb.

Unikal.org xəbər verir ki, elektron terminal vasitəsilə sakinlər ödəniş edə bilirlər.Cihaza ödəniş edildikdən sonra hesaba pul köçürüləndə istifadəçiyə məlumat verilir.Quraşdırılan cihazı xüsusi audit komitəsinin üzvləri izləyir.Bu sistem sakinlərin marağına səbəb olarsa, gələcəkdə Qazaxıstanın bütün məscidlərinin qarşısında bu cür terminalların sayının artırılması nəzərdə tutulur.İmamlar əvvəllər 8 ay ərzində toplanan ianələrin məbləğini açıqlayıb.İlin əvvəlindən bu zamana kimi 10 milyon tənqə sədəqə toplandığı məlum olub.Bu Azərbaycan valyutası ilə 46325 manat pul edir.

Famil Fərhadoğlu