Krımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 37 nəfər xəsarət alıb.

Unikal.org "RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

xxx


Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış nəticəsində 10 nəfər həlak olub, 50-yə yaxın insan xəsarət alıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, binada qaz balonu partlayıb. Hadisə yerinə tibb işçiləri və xilasedicilər cəlb olunublar.

***14:16

Krımda texniki kollecdə baş verən partlayışda ölənlərin sayı 18-ə çatıb.

Unikal.org-un məlumatına görə, partlayışın terror aktı olduğu bildirilir.