Ağstafa rayon sakini huşsuz vəziyyətdə tapılıb. 

Unikal.org "Report"a istinadən xəbər verir ki, 1954-cü il təvəllüdlü Təyyar Tahir oğlu Poladov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Ağır kəllə-beyin travması alan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib. Hazırda ayıq vəziyyətdə olan T.Poladov necə xəsarət aldığını xatırlamadığını bildirib. Onun avtomobil tərəfindən vurularaq xəsarət aldığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.