Bakıda yolda çökmə hadisəsi baş verib.

Bunu Unikal.org-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hadisə paytaxtın Səməd Vurğun küçəsində baş verib: "Həmin yolun kənarında tikinti şirkəti hündürmərtəbəli bina tikir. Bina tikintisi zamanı istinad sıvayları vurulmayıb. Nəticədə yolun kənarında 3 metr enində, 60 metr uzunluğunda yer çöküb. Ərazidə hərəkət dayanmayıb. Hazırda dəymiş ziyan öyrənilir".