13 Noyabr 2018
12 Noyabr 2018
Elşad Mirzəyev qoz ağacından yıxılıb öldü
HADİSƏ 15:56 / 17.10.2018
Qax rayonunda qoz ağacından yıxılan 21 yaşlı gənc aldığı xəsarətlərdən ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Güllük kəndi ərazisində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Elşad Ələkbər oğlu Mirzəyev ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.