Müğənni Təranə Qumral ad gününü "5/5" verilişində qeyd edib.

Unikal.org-un məlumatına görə, aparıcı Zaur Kamal efirdə müğənni Musa Musayevin həyat yoldaşına hədiyyəsini açıqlayıb. O bildirib ki, müğənni xanımına "Lexus" markalı avtomobil alıb.

Təranə isə hədiyyədən xəbərsiz olduğunu söyləyib.

Ərindən danışan Təranə "Məni tanıyanlar bilir ki, dəlisovam. Sözün düzünü deyirəm. Musanı özüm sevib ərə getmişəm. O vaxt da dedim ki, evdəyəm, gəl məni qaçırt" sözlərini söyləyib.