Türkiyə də sahibini dişlədikdən sonra, ayaqlayaraq öldürən "Böyük İstanbullu pəhləvan adı verilən dəvə kəsilib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Aydın Germencik mahalının Ömerbeyli kəndində 3 il əvvəl həyatını itirən Muxtar İbrahim Candaştan miras qalan, ailəsi tərəfindən Muxtarın xatirəsini yaşatmaq üçün baxılan 'Böyük İstanbullu' adlı pəhlivan dəvə faciəyə səbəb olub. 

Belə ki, dəvə Muxtarın qardaşı İsmayıl Candaşı dişlədikdən sonra, divarlara çırparaq faciəvi şəkildə öldürüb.

Hirsliliyi və kini davam etdiyi üçün bağlı olduğu yerdən baytarların köməkliyi ilə, yük maşınına ayaqları bağlı qəssəbxanaya aparılıb.

Dəvə baytar həkimlər tərəfindən müayinə edildikdən sonra kəsilib.