Dünyanın ən yaşlı insanı adını alan Rusiyada 129 yaşlı Koku İstambulova Allahdan şikayətçidir.

Unikal.org xəbər verir ki, ya.lı qadın həyatı boyu bir gün də olsun xoşbəxt olmadığını və uzun ömürlülüyün ona Allah tərəfindən verilmiş bir cəza olduğunu söyləyib.

129 ildən sonra özünü yorğun hiss etdiyini və bu qədər uzun yaşamasının səbəbini anlamadığını deyən Koku Istambulova "Hər zaman çox işlədim və bağ-bağça işləriylə məşğul oldum. Yoruldum. Uzun yaşamaq mənə tanrının mükafatı deyil, cəzasıdır deyə bildirib.

Istambulova Rusiyada Sovetlər Birliyi inqilabı baş verən zaman 28 yaşında olub. İkinci Dünya Müharibəsi sona çatanda 56 yaşında, Sovet İttifaqı dağıldığında isə 103 yaşında olub.

Uzun yaşamağın sirri barədə soruşulduğu zaman Koku nənə "İdmanla məşğul olan, xüsusi qidalarla qidalanan və bədəninə diqqət gösərən insanları görürəm. Amma bu günə qədər necə yaşadığımla bağlı heç bir fikrim yoxdur-deyib.