15 Noyabr 2018
14 Noyabr 2018
Putin Türkiyəyə səfər edəcək
DÜNYA 17:24 / 17.10.2018
Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron arasında 4 tərəfli zirvə toplantısı keçiriləcək. Toplantının yaxın zamanlarda gerçəkləşəcəyi gözlənilir. Sammitdə Suriyadakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da V.Putinin Türkiyəyə səfər edəcəyini təsdiqləyib.