18 Noyabr 2018
19 Noyabr 2018
Arif Qasımov səyyar qəbul keçirdi - FOTOLAR
CƏMİYYƏT 17:47 / 17.10.2018
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov növbəti səyyar qəbul-görüşünü 17 oktyabr 2018-ci il tarixində E.Süleymanov küçəsi 133, 135, 137 ünvanlarda yaşayan sakinlərlə keçirib.

Unikal.org xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

A.Qasımov rayonda mərhələli şəkildə sosial-iqtisadi layihələrin həyata keçirildiyini, abadlıq-quruculuq işləri aparıldığını və mövcud problemlərin həlli istiqamətində müsbət nəticələrin əldə olunduğunu qeyd edib.

Görüşdə rayon sakinlərinin rəy və təklifləri, müraciət və şikayətləri, o cümlədən istilik sisteminin, dam örtüyünün və liftlərin təmiri, məhəllənin işıqlandırılması, mövcud stadionun yenidənqurulması və digər məsələlərlə əlaqədar problemləri rayon rəhbəri tərəfindən dinlənilib.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə iştirak edən rayon sakinləri əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən, eyni zamanda rayonda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərindən razı qaldıqlarını söyləyərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.