21 Noyabr 2018
İlham Əliyev bu şəxslərin maaşlarını artırdı - 2000 və 1200 manat OLDU
İQTİSADİYYAT 18:10 / 17.10.2018
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncam Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi daşıyır.

Sərəncamla 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilib.