Türkiyənin istintaq qrupu jurnalist Camal Kaşoqinin itkin düşməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında axtarışlara başlayıb.

Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ötən gün ölkəsinə geri çağırılaraq vəzifəsindən azad edilən Məhəmməd əl Uteybinin iqamətgahında aparılan axtarışlarda Səudiyyə Ərəbistanından olan nümayəndələr də iştirak edirlər.

Qeyd edək ki, Məhəmməd Uteybi səudiyyəli jurnalist Camal Kaşoqinin konsulluqda naməlum şəraitdə yoxa çıxmasında ittiham edilir. Həttta iddia edilir ki, jurnalist onun qarşısında qətlə yetirilərək cəsədi hissələrə ayrılıb.