21 Noyabr 2018
Cəlilabadda FACİƏ: İki nəfər uçqun altında qaldı
HADİSƏ 11:29 / 18.10.2018
Cəlilabad rayonunda fəhlə tikinti sahəsində uçulan divarın altında qalıb ölüb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Şıxlar kəndi ərazisində baş verib.

Rayonun Komanlı kənd sakinləri, 1988-ci il təvəllüdlü İsmayılov Emin Cəbrayıl oğlu 1995-ci il təvəllüdlü Əbilov Ruslan Xosrov oğlu ilə birlikdə Şıxlar kəndində Quliyeva Sevil Mansur qızına məxsus həyətyanı sahədə yarımçıq tikilini sökərkən divar onların üzərinə aşıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilsə də, E.İsmayılov xəstəxanada ölüb.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.